“Turan”da kütləvi şikayət: “Biz bu vəziyyətə dözməyəcəyik, qorxaq olmayın!”

14:40 Turan 206
“Turan”da kütləvi şikayət: “Biz bu vəziyyətə dözməyəcəyik, qorxaq olmayın!”

«Turan Tovuz»un oyunu yerli publikanı hiddətləndirib.

Premyer Liqanın yeni mövsümünün ilk turunda «Qəbələ» üzərində qazanılan 1:0 hesablı qələbə tovuzlu azarkeşləri qətiyyən qane etməyib.

Bu barədə saytımız klubdan məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, məlum oyundan sonra xeyli sayda fanat stadionu tərk etməkdən boyun qaçırıb və 1 saata yaxın müddətdə burada qalıb.

Onlar «Turan»ın ayrı-ayrı rəsmiləri, məşqçi və futbolçuları ilə söhbətində komandanın sərgilədiyi futboldan kəskin narazılıqlarını bildiriblər.

Kurban Berdiyevin taktiki seçimlərindən gileylənən «12-ci oyunçu»nun nümayəndələri «Turan»ın çempion olacağına inanmadıqlarını açıq dilə gətiriblər.

Azarkeşlər qeyd edib ki, doğma məkanda meydana çıxan kollektiv praqmatik oyun nümayiş etdirməməlidir.

«Bozqurdlar»ın ikinci hissədə yalnız müdafiə barədə düşünməsini «qılınclayan» fanatlara görə, baş məşqçi bu tərzdən əl çəkməlidir. Əks halda, tribuna əhli növbəti ev oyunundan etibarən rusiyalı çalışdırıcının əleyhinə şüarlar səsləndirəcək.

«Biz bu vəziyyətə dözməyəcəyik, «Turan» gözəl oyun göstərməlidir, qorxaq yox» xəbərdarlığı eləyən azarkeşlərin qarşısına nə Kurban Berdiyev çıxıb, nə də İdarə Heyətinin sədri Ehtiram Quliyev.

Hər iki şəxs bu haqlı etirazdan xəbər tutsa, fanatların suallarını cavablarında özlərində hünər tapmayıblar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti