Berdiyev “Turan”da növbəti dəfə “suyu bulandırdı” - Bu şəxsi “zəhərlədi”

16:00 Turan 188
Berdiyev “Turan”da növbəti dəfə “suyu bulandırdı” - Bu şəxsi “zəhərlədi”

«Turan Tovuz»un baş məşqçisi Kurban Berdiyev Yunis Hüseynova göz verib, işıq vermir.

Rusiyalı çalışdırıcı yerli köməkçisini növbəti dəfə «qaralayıb».

Bu barədə komandadan saytımıza məlumat ötürülüb.

Redaksiyamıza verilən informasiyaya görə, son belə hadisə «Qəbələ» ilə matça təsadüf edib. Belə ki, Premyer Liqanın ilk turu çərçivəsində keçirilən qarşılaşma 74 yaşlı sükançını Hüseynovla üz-üzə qoyub.

«Baba» ləqəbli çalışdırıcı oyunun gedişində bir-iki dəfə texniki zonada ondan önə çıxan və həm hakimlərə, həm də futbolçulara irad bildirən yardımçısını «ağ yuyub, qara sərib».

Berdiyev digərlərinin gözü qarşısında «zəhərləyib». Tənqidin «doza»sı o qədər acı olub ki, Hüseynov yerində donub qalıb, amma qocaya cavab qaytarmayıb.

Maraqlıdır ki, ətrafdakı şəxslər baş məşqçiyə yaxınlaşaraq onu sakitləşdirməyib, elə sakitcə dayanaraq hadisəyə tamaşa ediblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti