Gürcü üçün 1,2 milyon avro ödəməyə hazırdır - "Qarabağ”ın rəqibi

4 Dekabr 2021 00:20 Gündəm 987
Gürcü üçün 1,2 milyon avro ödəməyə hazırdır -

“Qarabağ”ın Konfrans Liqasındakı rəqiblərindən olan “Bazel” heyətini gürcü futbolçu ilə gücləndirə bilər.

Sportinfo.az xəbər verir ki, İsveçrə təmsilçisi Batumi “Dinamo”sunun yarımmüdafiəçisi İrakli Azarovu transfer etmək niyyətindədir.

“Bazel” 19 yaşlı futbolçu üçün “Dinamo”ya 1,2 milyon avro ödəməyə hazırdır. İsveçrəlilər qış transfer pəncərəsi dövründə İrakli üçün “Dinamo” ilə danışıqlara başlayacaq.

Gürcüstan yığmasına da dəvət alan İrakli ilə Türkiyənin “Trabzonspor” klubu da maraqlanır.

“Bazel” Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparır.

Hazırda “Bazel” son bir tur qalmış 11 xalla liderdir. “Qarabağ” isə eyni xalla 2-ci pillədə qərarlaşıb. Qrup mərhələsinin son turunda “Qarabağ” “Bazel”lə səfərdə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti