PSJ Neymarın müqaviləsini daha 4 il uzadacaq

18 Fevral 2021 00:25 Fransa 571
PSJ Neymarın müqaviləsini daha 4 il uzadacaq

PSJ Neymarla müqavilənin müddətini uzadacaq.

Sportinfo.az xəbər verir ki, 29 yaşlı hücumçunun yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulur.

Braziliyalı oyunçunun Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır.

Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında İspaniya "Barselona"sından PSJ-yə keçib. Onun yenidən Kataloniya klubuna transferi gündəmdə idi.

Təcrübəli oyunçu cari mövsüm bütün turnirlər daxil olmaqla 18 matçda iştirak edib, 13 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"