Millinin yarımmüdafiəçisi Çində koronavirusa yoluxdu

22 Mart 2020 14:20 Dünya futbolu 711
Millinin yarımmüdafiəçisi Çində koronavirusa yoluxdu

“Mançester Yunayted”in sabiq futbolçusu Maruan Fellaini koronavirusa yoluxub.

Sportinfo.az xəbər verir ki, hazırda Çinin “Şandun Lunen” klubunda forma geyinən yarımmüdafiəçinin koronavirus testi müsbət çıxıb.

Fellaini Çin Super Liqasında koronavirusa yoluxan ilk futbolçu olub. 32 yaşlı yarımmüdafiəçi karantinə alınıb.

2013-2019-cu illər aralığında “Mançester Yunayted”də forma geyinən Fellaini, 2019-cu ilin yayında “Şandun Lunen”ə keçib. Yarımmüdafiəçi 87 dəfə də Belçika yığmasında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu