Premyer Liqada qazandığından 3 dəfə çox maaş alacaq - RAZILAŞDILAR

3 Sentyabr 01:40 Dünya futbolu 353
Premyer Liqada qazandığından 3 dəfə çox maaş alacaq - RAZILAŞDILAR

Riçarlison “Trabzonspor”la müqavilənin şəxsi şərtlərini razılaşdırıb.

Sportinfo.az xəbər verir ki, Fabritsio Romanonun məlumatına görə, Türkiyə klubuna keçəcəyi təqdirdə hücumçu “Tottenhem”də qazandığından 3 dəfə çox maaş alacaq.

Bildirilir ki, “Tottenhem” artıq “Trabzonspor”un 15 və 20 milyon funt-sterlinq məbləğində etdiyi iki təklifi rədd edib. Türkiyə klubu yaxın zamanda daha bir təklif göndərəcək.

Daha əvvəl “Trabzonspor”a “Liverpul”un sabiq futbolçuları Məhəmməd Salah və Fabinyo keçiblər.

Riçarlison ötən mövsüm APL-də 29 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM