Karyerasını harada davam etdirəcəyinə qərar verməyib - Üç “müştəri”si var

2 Sentyabr 21:40 Dünya futbolu 455
Karyerasını harada davam etdirəcəyinə qərar verməyib - Üç “müştəri”si var

“İnter”in sabiq yarımmüdafiəçisi Marselo Brozoviç karyerasını harada davam etdirəcəyinə qərar verməyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə bir neçə klub maraqlanır.

Brozoviç uğrunda “Fiorentina”, “Trabzonspor” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubları mübarizə aparır.

Xorvatiyalı futbolçu hazırda azad agent statusundadır.

Brozoviç son üç mövsümü “Əl-Nəsr”də keçirib. O, Səudiyyə Ərəbistanı klubunun heyətində ümumilikdə 124 oyuna çıxıb, 8 qol vurub və 23 məhsuldar ötürmə verib.

Onun transfer dəyəri 8 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi