“Məni təhqir etdilər, alçaltdılar və adımı ləkələməyə çalışdılar”

10:20 Dünya futbolu 149
“Məni təhqir etdilər, alçaltdılar və adımı ləkələməyə çalışdılar”

“Deportivo”nun 37 yaşlı hücumçusu Pyer-Emerik Obameyanq Qabon milli komandasında karyerasını başa vurduğunu elan edib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Trtafrika” nəşri məlumat yayıb.

“Afrika Kubokunda zədəli halda oynamağıma baxmayaraq, məni təhqir etdilər, alçaltdılar və adımı ləkələməyə çalışdılar. Bu, səbir kasasını dolduran son damla oldu və mən burada dayanmaq qərarına gəldim”, – deyə o söyləyib.

Xatırladaq ki, Qabon hökuməti milli komandanın tarix boyunca ən yaxşı bombardiri olan Obameyanqı 2026-cı il Afrika Millətlər Kubokunda yığmanın uğursuzluğunda günahlandırmış və bundan sonra komandanı müvəqqəti olaraq buraxmışdı.

Məlumat üçün bildirək ki, bu, Obameyanqın məyusluq səbəbindən milli karyerasını bitirdiyini elan etdiyi ilk hal deyil. O, 2023-cü ildə də siyasi şərhinə görə yaşanan problemlərdən sonra oxşar bir qərar vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi
3 Sentyabr 18:10 Çək və bizə göndər!
3 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM