Ronaldo və Messi eyni komandanın formasını geyinəcək

9 Sentyabr 10:00 Dünya futbolu 1 340
Ronaldo və Messi eyni komandanın formasını geyinəcək

Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, Buenos Ayresdəki “La Bombonera” stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib.

“İkisi ilə də danışdım və razılıq verdilər. Vida matçımda onlar eyni komandada oynayacaqlar”.

Karlos Tevezin vida matçı bu ilin dekabrında baş tutacaq. K.Tevez Ronaldo ilə “Mançester Yunayted”də komanda yoldaşı olub. Lionel Messi ilə isə Argentina yığmasında birlikdə oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti