Mərkəz müdafiəçisini icarəyə verdi - “Sabah”ın rəqibi

5 Sentyabr 00:20 Dünya futbolu 382
Mərkəz müdafiəçisini icarəyə verdi - “Sabah”ın rəqibi

“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən Çexiyanın “Slaviya” klubu futbolçusunu icarəyə göndərib.

Sportinfo.az xəbər verir ki, bu barədə Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub 23 yaşlı mərkəz müdafiəçisi Denis Qalinskini ölkənin digər komandası olan “Pardubitse”yə 6 aylıq icarəyə verib.

Tərəflər arasında imzalanan müqavilədə futbolçunun satınalma bəndi nəzərdə tutulmayıb.

“Sabah” “Slaviya”ya qarşı oyununu oktyabrın 13-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM