“O qədər illər, o qədər anlar, o qədər sevinc, o qədər zərbələr…” - Messinin xanımı

15:20 Dünya futbolu 139
“O qədər illər, o qədər anlar, o qədər sevinc, o qədər zərbələr…” - Messinin xanımı

“İnter Mayami”nin hücumçusu Lionel Messinin həyat yoldaşı Antonela Rokkuzzo futbolçunun Argentina millisindən ayrılmaq qərarına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Bu mərhələni belə başa vurduğunu görmək necə də qürurvericidir, Lionel Messi! O qədər illər, o qədər anlar, o qədər sevinc, eyni zamanda o qədər zərbələr olub”.

39 yaşlı futbolçu yığma komandanın heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

2026-cı il dünya çempionatının finalında Argentina millisi İspaniya yığmasına əlavə vaxtda 0:1 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti