Millinin yeni baş məşqçisi argentinalı oldu - Dördillik müqavilə

00:20 Dünya futbolu 117
Millinin yeni baş məşqçisi argentinalı oldu - Dördillik müqavilə

Argentinalı mütəxəssis Marselo Qalyardo Ekvador millisinin yeni baş məşqçisi olacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulmuş müqaviləni tam şəkildə razılaşdırıblar.

​Marselo yeni vəzifəsində DÇ-2026-nın 1/16 finalında Meksikaya qarşı matçda (0:2) məğlub olaraq mübarizəni dayandırdıqdan sonra milli komandadan ayrılan Sebastian Bekkaseseni əvəz edəcək.

​Qalyardonun son iş yeri klubun əfsanəsi olduğu "River Pleyt" olub. O, iki il işlədikdən sonra fevral ayında komandanı tərk edib.

Argentinalı mütəxəssis həmçinin "Əl-İttihad" və "Nasyonal" klublarına da rəhbərlik edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM