Millidəki karyerasını başa vuracağını açıqladı - 40 yaşlı hücumçu

22:00 Dünya futbolu 78
Millidəki karyerasını başa vuracağını açıqladı - 40 yaşlı hücumçu

“Şalke”nin hücumçusu Edin Dzeko Bosniya və Herseqovina millisindəki karyerasını başa vuracağını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 40 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, oktyabrın 2-də İsveçə qarşı keçirəcəkləri matçın milli komandadakı son oyunu olacağını bildirib:

“Uşaqlıqdan bu formanı geyinməyi arzulamışam və milli komandada çıxış etdiyim üçün həmişə qürur duymuşam.

İndi isə kənara çəkilməyin vaxtının gəldiyini hiss edirəm. Oktyabrın 2-də İsveç yığması ilə oyunda milli komandadakı son matçımı keçirəcəm”.

Dzeko Bosniya və Herseqovina millisinin heyətində 151 oyuna çıxıb, 73 qol vurub və 31 məhsuldar ötürmə verib.

Bosniya və Herseqovina millisi sentyabrın sonunda Millətlər Liqasında səfərdə Polşa və Rumıniya yığmaları ilə qarşılaşacaq.

Komanda oktyabrın 2-də isə doğma meydanda İsveç millisini qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti