“O, yığma ilə heç nə qazana bilməyən futbolçuların siyahısına düşəcək”

20:25 Dünya futbolu 117
“O, yığma ilə heç nə qazana bilməyən futbolçuların siyahısına düşəcək”

“Arsenal”ın sabiq futbolçusu Emmanuel Peti, PSJ-nin və Gürcüstan millisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın bu il “qızıl top”u qazanmaq şanslarını dəyərləndirib.

Sportinfoa.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu dünya çempionatının mükafatın qalibinin müəyyənləşdirilməsində əsas meyar kimi götürülməsinin Xviça səviyyəsində oyunçulara qarşı ədalətsizlik olacağını bildirib:

“Dünya çempionatını mükafatın müəyyənləşdirilməsində əsas göstərici hesab etsək, bu, Xviça kimi futbolçulara hörmətsizlik olar.

Kvaratsxeliya heç vaxt Gürcüstan millisi ilə dünya çempionatını qazana bilməyəcək.

O, yığma ilə heç nə qazana bilməyən futbolçuların siyahısına düşəcək. Çünki onun ətrafında buna imkan verəcək uyğun komanda olmayacaq”.

25 yaşlı Kvaratsxeliya ötən mövsüm PSJ ilə Fransa çempionu olub və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO