”Danışsam, bu liqanın bütün kirli üzünü, ifşasını ortaya qoyacam” - QALMAQALLI VİDEO

7 Sentyabr 15:20 Dünya futbolu 525
”Danışsam, bu liqanın bütün kirli üzünü, ifşasını ortaya qoyacam” - QALMAQALLI VİDEO

“Əl-Nəsr”in hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”a 1:2 hesablı məğlubiyyətdən sonra gözlənilməz bəyanatla çıxış edib.

Spirtinfo.az xəbər verir ki, Ange Postekoqlunun rəhbərlik etdiyi “Əl-Nəsr” mövsümdə ilk məğlubiyyətini alıb.

Matçdan sonra jurnalistlərin müsahibə təklifini rədd edən portuqaliyalı ulduz mətbuat zonasından keçərkən qalmaqallı ifadələr işlədib:

“Mən bu barədə danışmayacam. Çünki əgər danışsam, bu liqanın bütün kirli üzünü, ifşasını ortaya qoyacam”.

Beş turdan sonra 12 xalı olan son çempion “Əl-Nəsr” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. Siyahıya 15 xalla “Əl-Hilal” başçılıq edir.

Bu mövsüm keçirdiyi 6 oyunda 4 qol vurub 3 məhsuldar ötürmə edən Feliksin klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

“Transfermarkt” portalına görə onun transfer dəyəri 28 milyon avrodur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…