Cənubi Azərbaycan təmsilçisi ÇL-də “Neftçi”yə məğlubiyyətdən qaçdı

03:30 Bizimkilər 108
Cənubi Azərbaycan təmsilçisi ÇL-də “Neftçi”yə məğlubiyyətdən qaçdı

"Traktor" Asiya Çempionlar Liqasının əsas mərhələsində 4-cü tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Təbriz təmsilçisi öz meydanında Özbəkistanın “Neftçi” klubunu qəbul edib.

Matç qollu heç-heçə ilə yekunlaşıb.

Bununla da, “Traktor” cari mövsüm ÇL-in əsas mərhələsində ikinci xalını qazanıb. Cənubi Azərbaycan təmsilçisi 4 turdan sonra 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

“Traktor” ilk turda səfərdə “Şabab Əl-Əhli Dubai”yə 0:1, üçüncü turda isə “Əl Əyn”ə 1:2 hesabı ilə uduzub. İkinci turda isə öz meydanında “Şamal”la heç-heçə edib (0:0).

“Traktor” - “Neftçi” 2:2
Qollar:
Perika, 55 (0:1), Strkalj, 82 (1:1), Yovoviç, 90+4 (1:2), Kazemayn, 90+9 (2:2)

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!