"Sabah"ın yeni tanışının Azərbaycan millisi ilə nə əlaqəsi?

08:40 Bizimkilər 130
"Sabah"ın yeni tanışının Azərbaycan millisi ilə nə əlaqəsi?

Çempionlar Liqasının "Vikinq" - "Sabah" oyununu idarə edəcək niderlandlı hakim Sander van der Eyk daha əvvəl Azərbaycan millisinin matçında söz sahibi olub.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı FIFA referisi yığmanın DÇ-2026-nın seçmə mərhələsində səfərdə İslandiyaya uduzduğu matça təyinat alıb.

Ədalət təmsilçisi 2025-ci ilin sentyabrında gerçəkləşən görüşdə hazırda "Sabah"da çıxış edən Rəhman Daşdəmirov və Abbas Hüseynovu sarı vərəqə ilə cazalandırıb. Reykyavikdəki "Lauqardalsvöllur" stadionunda baş tutan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Niderlandlı hakim karyerası ərzində Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələsinin qarşılaşmalarında ədaləti qoruyub.

"Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol
2 Noyabr 18:10 Çək və bizə göndər!