Həmeyrlimiz Ukraynada “at oynadır” - 3 qol, 3 məhsuldar ötürmə!

08:50 Bizimkilər 136
Həmeyrlimiz Ukraynada “at oynadır” - 3 qol, 3 məhsuldar ötürmə!

"Xarkov"un şərəfini qoruyan Ramik Hacıyevin Ukrayna çempionatında adından söz etdirir.

Sportinfo.az xəbər verir ki, o, "Xarkov"un heyətində daha bir qola imza atıb.

10-cu turda "Epitsentr"lə səfər matçında fərqlənən yarımmüdafiəçi hesabı açıb. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə sona çatıb. Nəticədə xarkovlular 3-cü sıradakı yerini qoruya bilib.

Soydaşımız bu görüşdə əvvəldən sona qədər oynayıb. Ramik cari mövsümdə artıq 3 qol, 3 məhsuldar ötürmə müəllifidir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM