Cəlal yarım saata yaxın oynadı, “sarı” aldı, heç-heçə etdilər

03:30 Bizimkilər 83
Cəlal yarım saata yaxın oynadı, “sarı” aldı, heç-heçə etdilər

Rumıniya Superliqasında 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Petrolul” öz meydanında “ÇFR Kluj”u qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb.

Görüşə ehtiyat oyunçular skamyasından başlayan Cəlal Hüseynov 64-cü dəqiqədə Sergiu Hankanın əvəzinə meydana daxil olub. Millimizin üzvü 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Xallarının sayını 24-ə çatdıran "Petrolul" turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

“Petrolul” - “ÇFR Kluj” 1:1
Qollar:
Draziç, 5 (0:1), Bran Flores, 28 (1:1)

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı