Albaniya Superliqasında 10-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Tirana”nın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
Zamiq Əliyev qarşılaşmaya start heyətində çıxıb və 90 dəqiqə oynayıb.
Ardıcıl ikinci qələbqsini qazanan “Eqnatiya” xalını 24-ə çatdırıb və turnir cədvəlində birinci pillədəki mövqeyini qoruyaraq ən yaxın izləyicisi “Teuta” ilə fərqi 4 xala yüksəldib.
