Azərbaycanlı FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının qarşılaşmasında hakimlik edəcək.
Sportinfo.az xəbər verir ki, o, İspaniyada keçiriləcək “Vilyarreal” – PSJ U-19 komandalarının görüşünü idarə edəcək.
Ona həmyerliləri Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə ispaniyalı Borxa Qixarro Kolomer olacaq.
Noyabrın 3-də keçiriləcək matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

