Polşa çempionatında 13-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Poqon”u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 71-ci dəqiqədə, hesab 1:1 olarkən Olivier Kviatkovski ilə əvəzlənib. Millimizin hücumçusu komandasının ilk qolunda, Patrik Makuç fərqlənərkən məhsuldar ötürmə müəllifi olub.
Mövsümdə üçüncü qələbəsini qazanan “Rakov” xallarını sayını 9-a çatdırıb və sonuncu pillədən qurtulub. Komanda hazırda turnir cədvəlində 17-cidir.
“Rakuv” - “Poqon” - 3:1
Qollar: Çurlinov, 5 (0:1), Makuç, 47 (1:1), Rakovitan, 73 (2:1), Pienko, 90+7 (3:1)
