Türkiyə Süperliqasında 10-cu turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin çıxış etdiyi "Erzurumspor" doğma meydanda "Çorum"u qəbul edib.
Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman Axundzadə bu görüşdə də meydana çıxmayıb. O, matçı ehtiyat oyunçular skamyasından izləyib.
"Ərzurumspor" bu nəticədən sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.
"Erzurumspor" - "Çorum" 1:3
Qollar: İbrahim Diabate, 74 - Çağlar Söyüncü, 20, Xesus Ramires, 71, 79-pen.
