Türkiyə I Liqasında 13-cü turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun formasını geyindiyi "Bursaspor" doğma meydanda "Bandırmaspor"u qəbul edib.
Qarşılaşma Bursa təmsilçisinin 3:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Toral Bayramov oyuna start heyətində başlayıb və sonadək meydanda mübarizə aparıb. O, 7-ci dəqiqədə komandasının ilk qolunda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbədən sonra xallarının sayını 31-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyini daha da möhkəmlədib.
"Bursaspor" - "Bandırmaspor" 3:0
Qollar: Halil Akbunar, 7, Lewis Baker, 12, 23
