Azərbaycan millisinin hücumçusunun İtaliyada vurduğu qol - VİDEO

14:25 Bizimkilər 177
Azərbaycan millisinin hücumçusunun İtaliyada vurduğu qol - VİDEO

Azərbaycanın U-21 millisinin forvardı Lorenzo Mezzotero İtaliyanın “Sampdoriya” klubunun əsas komandasında ilk qolunu vurub.

Sportinfo.az xəbər verir ki, 18 yaşlı hücumçu B Seriyasının 10-cu turunda “Virtus Entella” ilə keçirilən ev oyununda fərqlənib. “Sampdoriya” qarşılaşmada 2:0 hesablı qələbə qazanıb.

Mezzotero matçın 17-ci dəqiqəsində zədələnən komanda yoldaşını əvəzləyib. Altı dəqiqə sonra onun iştirakı ilə yaranan hücum zamanı rəqib ftopu öz qapısına göndərib. 42-ci dəqiqədə isə Lorenzo özü fərqlənərək B Seriyasında ilk qolunu vurub.

Qeyd edək ki, Mezzotero bir vaxtlar atasının Bakıda işləməsi səbəbindən bir neçə il Azərbaycanda yaşayıb.

O, “Qarabağ”, “Leon” və “Neftçi”nin aşağı yaş qruplarında məşq edib. Xüsusilə “Neftçi”də istedadı ilə seçilən futbolçu uşaq liqalarında çoxlu qollar vurub.

O, ilk dəfə bu ilin iyununda Azərbaycanın U-21 millisinə çağırılıb. O, Avropa çempionatının 3 seçmə oyununda millimizin heyətində yer allb.

Mərkəz hücumçusu olan Lorenzo bu mövsüm “Sampdoriya”nın əsas komandası ilə 3 oyunda meydana çıxıb və 1 qol vurub.

Hazırda “Sampdoriya” B seriyasında 20 komanda arasında 18-ci yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti