Ağayev İspaniyanın tanınmış klubunun yolunda

19:20 Bizimkilər 233
Ağayev İspaniyanın tanınmış klubunun yolunda

Azərbaycanın FİFA referisi Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb.

Sportinfo.az xəbər verir ki, o, "Selta" (İspaniya) və Belçika "Yunion"u arasında keçiriləcək Liqa mərhələsinin 4-cü turunun matçını idarə edəcək.

Ona yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

İspaniyanın Viqo şəhərində noyabrın 5-dən 6-na keçən gecə keçiriləcək "Selta" - "Yunion" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:54 Sumqayıtda iki qol