“Bursaspor” Toral Bayramovu göndərib, onları gətirmək istəyir

13:40 Bizimkilər 199
“Bursaspor” Toral Bayramovu göndərib, onları gətirmək istəyir

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramovun “Bursaspor”dakı karyerası qısa çəkə bilər.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa təmsilçisi qış fasiləsində heyətində bəzi dəyişikliklər etməyi planlaşdırır.

12 turdan sonra turnir cədvəlinə başçılıq edən bursalılar indidən növbəti mövsümüm planlarını cızmağa başlayıb. Rəhbərlik Superliqaya uyğun oyunçularla güclənmək niyyətindədir. Bunun üçün isə bəzi futbolçuların yola salınması şərtdir.

Türkiyə mətbuatında klubun əsas heyətə düşə bilməyən bəzi oyunçularla vidalaşmasının mümkünlüyü yazılıb.

“Bursaspor”da matçlara əsasən sonradan daxil olan Toral da hələ ki, əsas heyət oyunçuları ilə rəqabətdə uduzur. Bu səbəbdən ayrılma ehtimalı olanlar arasında onun da adı çəkilir.

“Bursaspor”a mövsümün əvvəlində “Qarabağ”dan keçən Toral Bayramovun Türkiyə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti