Moskvalı "hərbçilər" Azərə aman vermədi - VİDEO

21 Sentyabr 2020 15:04 Azərbaycan Futbolu 949
Moskvalı "hərbçilər" Azərə aman vermədi - VİDEO

Rusiya Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. “Ufa” 8 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti