Azərbaycan 25-ci pillədə qərarlaşdı - UEFA reytinqində

Azərbaycan 25-ci pillədə qərarlaşdı - UEFA reytinqində

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, ölkə 23.687 əmsalla 25-ci pillədə qərarlaşıb.

"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununun əlavə vaxtında Bakıda "Tvente"yə uduzub - 1:4.

Azərbaycanın cari mövsüm qazandığı əmsal isə 5.125-ə bərabərdir.

24-cü yerdəki İsrailin 23.875, 26 mövqedəki Sloveniyanın 22.843 əmsalı var.

Hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!