Bir şəhər, üç klub, bir stadion - Azərbaycan futbolundan İNCİLƏR

Bir şəhər, üç klub, bir stadion - Azərbaycan futbolundan İNCİLƏR

Sumqayıtda yerləşən "SOCAR Polymer Arena" bu mövsüm maraqlı mənzərəyə şahidlik edir.

Premyer Liqanın üç klubu – “Zirə”, “Sumqayıt” və “Şəfa” - ev oyunlarını eyni stadionda keçirir.

İlk olaraq avrokuboklarda “Zirə”nin ev oyunları zamanı arena vinillə klubun rənglərinə uyğunlaşdırılmış, “Zirə”nin atributları və sponsorları stadionun müxtəlif hissələrində əks olunmuşdu.

Daha sonra “Sumqayıt” "Neftçi"yə qarşı ev oyunu keçirdiyi üçün arenanın görünüşü dəyişdi, vinillər bu dəfə meydan sahiblərinin rənglərinə uyğunlaşdırıldı.

Bu həftə "SOCAR Polymer Arena" yenidən rəng dəyişib. Bu dəfə stadion “Şəfa”nın ev oyunlarını keçirmək üçün hazır vəziyyətə gətirilib və arenadakı vinillər klubun rəngləri, atributları və sponsorlarına uyğunlaşdırılıb.

Beləliklə, bir stadion mövsüm ərzində üç fərqli Premyer Liqa klubunun evinə çevrilib.

Bir şəhər, üç klub, bir stadion...

Qısaca futbolumuzun bitməyən stadion bəlası da deyə bilərik.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti