Azərbaycanlı futbolçu aşağı dəstəyə düşdü - FOTO

2 İyun 2020 12:44 Azərbaycan Futbolu 788
Azərbaycanlı futbolçu aşağı dəstəyə düşdü - FOTO

Bosniya və Herseqovina çempionatı vaxtından əvvəl başa çatıb.

Sportinfo.az Bosniya və Herseqovina Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin videokonfransında qəbul edilib.

22 turdan sonra 45 xala malik "Sarayevo" çempion olub. İkinci yeri isə 42 xalla "Jelezniçar" tutub.

Azərbaycanlı futbolçu Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" 17 xalla 11-ci olduğu üçün aşağıdakı dəstəyə düşüb. 8 xalla sonuncu - 12-ci yerdə olan "Zviezda" da eyni aqibətlə üzləşib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?