Futbolumuzda iki firqə - Elxan Məmmədov Qurban Qurbanova qarşı - "11-LİK"LƏR

29 May 2020 16:42 Azərbaycan Futbolu 1 060
Futbolumuzda iki firqə - Elxan Məmmədov Qurban Qurbanova qarşı - "11-LİK"LƏR

Sirr deyil ki, ölkə futbolu son illərdə qeyri-rəsmi olaraq iki firqəyə bölünüb.

Biri AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovun tapşırıqlarına sadiq olanlar qrupudur.

Bura Premyer Liqada iştirak edən 4 klub - "Neftçi" başda olmaqla, "Sumqayıt", "Səbail" və "Keşlə" daxildir. Onlar birbaşa və dolayısı ilə federasiyadan maliyyələşir.

Düzdür, hamısının pulu neft şirkətindən gəlir, amma həmin vəsaiti bölüşdürmək və idarə etmək Elxan Məmmədovun səlahiyyətindədir. Burada ondan xəbərsiz adicə çöpü alıb, çöp üstünə qoymurlar.

Xırda bir vəzifəyə təyinat da onunla razılaşdırılmadan rəsmiləşmir. Yüz nəfər desin, xahiş eləsin, AFFA-nın birinci adamı «okey» verməsə, olmaz. Eləcə səni kluba heç xadiməçi də götürməzlər.

Müstəqil fəaliyyətə üstünlük verənlərin sıraısnda isə "Qarabağ", "Qəbələ", "Zirə" və "Sabah" cəm olub. Elxan Məmmədov tərəfindən zaman-zaman bu klubların da «zərərsizləşdirilməsi» planlaşdırılıb, amma hələ ki, bu, mümkün olmayıb. Elə olmasa, yaxşıdır...

Bu dəfə onlar arasındakı mübarizədə kənar amillərdən, təsirlərdən, təzyiqlərdən yox, meydandakı futbolçuların güclər nisbətindən söz açacağıq.

Görəsən, iki cəbhə arasında futbol oyunu keçirilsə, kim qələbə qazanar? Ümumiyyətlə, heyətlər necə olar? Çalışdıq hər iki tərəfin ehtimallar üzərində qurulacaq ən ideal «onbirliyi»ni sizə təqdim edək.

Şərti olaraq komandaları «Elxan Məmmədov» və «Qurban Qurbanov» adlandırdıq. Heyətlər və baş məşqçilərlə bağlı seçimlərimiz aşağıdakı kimidir.

Elxan Məmmədovun komandasında ilk «11-lik»: Mehdi Cənnətov, Şəhriyar Əliyev, Tərlan Quliyev, Slavik Alxasov, Tural Axundov, Emin Mahmudov, Aleksey İsayev, Rahid Əmirquliyev, Vüsal İsgəndərli, Əfran İsmayılov, Rauf Əliyev
Baş məşqçi: Tərlan Əhmədov

Qurban Qurbanovun komandasında ilk «11-lik»: Emil Balayev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Təmkin Xəlilzadə, Maksim Medvedev, Qara Qarayev, Elvin Camalov, Cavid Hüseynov, Ağabala Ramazanov, Mahir Əmrəli, Ramil Şeydayev
Baş məşqçi: Rəşad Sadıqov

Daim meydandankənar "gedişləri" ilə yaddan qalan Elxan Məmmədov, görəsən, belə bir görüş olsaydı, hansı addımı atardı?

İstənilən halda bizə düşəni «oyunçu aparsın» deməkdir...

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı