UEFA Azərbaycan klublarını bu siyahıya daxil etmədi

2 Aprel 2020 20:20 Azərbaycan Futbolu 706
UEFA Azərbaycan klublarını bu siyahıya daxil etmədi

UEFA maliyyə feyr-pleyi ilə bağlı tətbiq etdiyi qaydaları müvəqqəti olaraq dayandırıb.

Sportinfo.az xəbər veriri ki, amma bu, bəzi klublara şamil ediləcək.

UEFA yalnız avrokuboklarda iştirak edən klublar üçün bu qaydanı dayandırıb. Başqa sözlə, bu, qitə arenasında çıxışını çoxdan dayandıran Azərbaycan klublarına aid deyil.

Qurumun saytında bildirilir ki, bu, 2020-2021-ci illər üçün qüvvədə olacaq. UEFA qaydanı müvəqqəti dayandırmasını hazırda baş verən koronavirus böhranına görə atdığını bildirib.

Koronavirusa görə avrokuboklarda mübarizə 1/8 fianlda dayandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti