İki azərbaycanlı futbolçu bir əcnəbi klubda - FOTO

21 Fevral 2020 20:00 Azərbaycan Futbolu 1 290
İki azərbaycanlı futbolçu bir əcnəbi klubda - FOTO

“Bakı“nın yetirməsi Nurlan Novruzov karyerasını Estoniyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesabından paylaşım edib.

27 yaşlı futbolçu “Narva Trans”a transfer olunub. Nurlan yeni komandası ilə 1 illik müqavilə imzalayıb. O, ötən mövsüm Moldovada - "Dinamo Avto"da çıxış edirdi.

Razırda fəaliyyət göstərməyən “Bakı”nın tərkibində Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlanın bir ara Türkiyədə – həvəskar “Dersimspor 62”da da oynayıb.

Daha öncə “Bakı“, “Səbail” və “Zirə”də forma geyinən forvardı Estoniyaya Cenk Özcan dəvət edib. Türkiyəli mütəxəssisin çalışdırdığı “Narva Trans”ondan əvvəl daha bir azərbaycanlını – 17 yaşlı Əsgər Mehdiyevi heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR