“Mançester Siti”nin baş məşqçisi Enzo Mareska qapıçı Ceyms Traffordun “Lids”ə transferinə münasibət bildirib.
Sportinfo.az “City Xtra”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, 23 yaşlı qolkiperin ötən mövsüm kifayət qədər oyun şansı qazanmadığını və daha çox oynamaq istədiyini deyib:
“Təəssüf ki, Ceyms kimi ötən il çox oynamayan futbolçular var. Hər bir futbolçu hər gün meydana çıxmaq və oynamaq üçün çalışır.
Bu, baş verməyəndə onların narazı qalması məntiqlidir. Trafford bizi qane edirdi, amma yəqin ki, o, daha çox oynamaq istəyirdi”.
“Mançester Siti” ötən yay Traffordu “Bernli”dən 30 milyon avrodan baha qiymətə transfer etmişdi.
“Şəhərlilər” ingiltərəli futbolçunu əsas qapıçı kimi görürdülər. Ancaq transfer pəncərəsinin son günündə klub Canluici Donnarummanı da heyətinə qatmışdı.
Trafford ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 17 matçda meydana çıxıb və 13 qol buraxıb. Qapıçı bu yay “Lids”ə keçib.
