“Sabah” qazandı, mövqeyimiz dəyişmədi - UEFA reytinqində

30 İyul 13:20 Azərbaycan Futbolu 691
“Sabah” qazandı, mövqeyimiz dəyişmədi - UEFA reytinqində

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.

25-ci yerdəki İsrailin 21.500 əmsalı var.

UEFA reytinqində İngiltərə (101.852) liderdir.

"Sabah"ın Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanmasından sonra Azərbaycanın UEFA reytinqinə 0.125 xal əlavə olunsa da, mövqeyinə təsir etməyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi