Bölgə klublarının təkliflərini geri çevirən millimizin müdafiəçisi xaricə üz tutdu

Bölgə klublarının təkliflərini geri çevirən millimizin müdafiəçisi xaricə üz tutdu

Azərbaycan millisinin üzvü Rahil Məmmədov çətin vəziyyətlə üz-üzədir.

Son mövsümü "Araz Naxçıvan"da keçirən təcrübəli müdafiəçi klub tapa bilmir.

Əslində onun xidmətində "Şamaxı" və "Kəpəz" maraqlıdır.

Amma 30 yaşlı stoper edilən təklifləri yaxın buraxmır.

"Neftçi"nin yetirməsi minimum 15 min manat maaş tələb edir.

Bölgə klubları onun istəyi qarşılayacaq durumda deyil.

Yaranmış vəziyyətdən narahat olan Məmmədov ölkə xaricində klub axtarışına çıxıb.

O, bu barədə istəyini menecerlərə bildirib.

Rahil karyerası ərzində "Qarabağ", "Neftçi", "Səbail", "Zirə" və ölkə xaricində "Radomiak"la LKS Lodz (Polşa) klublarında çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti