Hücumçusunun satışı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil

8 Avqust 15:40 İngiltərə 455
Hücumçusunun satışı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil

“Mançester Yunayted” hücumçusu Benyamin Şeşkonun satışı ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, Sloveniya millisinin üzvü ilə bağlı “Tottenhem”dən sorğu daxil olub.

Ancaq “qırmızı şeytanlar” dərhal mənfi cavab verib. 23 yaşlı futbolçu ilə “Bayern” və “Barselona” da maraqlanıb. Ancaq onların cəhdləri də rədd edilib.

Bildirilir ki, yaxın gələcəkdə Şeşkonun transferi ilə bağlı “Mançester Yunayted”ə daxil olacaq təkliflərə baxılmayacaq.

“Mançester Yunayted” Şeşkonu ötən ilin yayında “Leypsiq”dən 76,5 milyon avro qarşılığında transfer edib. Hücumçu İngiltərə klubundakı debüt mövsümündə 32 oyuna çıxıb və 12 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM