DÇ-2026-da ən çox təhdid olunan Messi olub - Onu ölümlə hədələyiblər!

DÇ-2026-da ən çox təhdid olunan Messi olub - Onu ölümlə hədələyiblər!

ABŞ polisi və Federal Təhqiqatlar Bürosu (FTB) 2026-cı il dünya çempionatı zamanı qarşılaşdıqları təhlükələrlə bağlı detalları açıqlayıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, turnir zamanı ən çox təhdid alan futbolçu Argentina millisinin kapitanı Lionel Messi olub.

Argentina ilə İordaniya arasında qrup mərhələsinin oyunundan (3:1) əvvəl bir şəxs Dallas hava limanına zəng edərək, stadionu iki nəfərlə birlikdə ələ keçirəcəyini bildirib.

O, həmin şəxslərin kustar üsulla hazırlanmış bombalar və tüfənglərlə silahlanacağını deyib və Messinin adını xüsusi olaraq çəkərək onu öldürməklə hədələyib.

Messiyə 1/8 finalda Misirlə keçirilən oyundan (3:2) əvvəl də təhdid gəlib. Bir şəxs sosial şəbəkədə stadionun ərazisinə daxil olaraq bədəninə bağladığı dörd bomba ilə Messini partladacağını yazıb.

Bundan əlavə, stadionun zibil qutularında üç bombanın gizlədilməsi barədə də polisə məlumat daxil olub.

Ancaq kinoloqların (xüsusi təlim keçmiş itlər və onların təlimçiləri) iştirakı ilə aparılan yoxlama zamanı bunun yalan xəbər olduğu müəyyənləşib.

Portuqaliya millisinin lideri Kriştiano Ronaldo da təhdidlərdən kənarda qalmayıb.

Portuqaliya yığmasının qaldığı oteldə şübhəli şəxs futbolçunun harada olduğunu öyrənməyə çalışıb. FİFA bu barədə FTB-yə məlumat verib. İki gün sonra həmin şəxs Hyuston polisi tərəfindən elə həmin oteldə saxlanılıb.

Bənzər hadisə Torontoda da baş verib. Başqa bir şəxs Ronaldonun həmin vaxt içərisində olduğu liftə daxil olmağa cəhd edib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!