Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.
Sportinfo.az xəbər verir ki, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.
25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.
Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.
"Qarabağ" Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzub.
Çempionlar Liqasında mübarizə aparan "Sabah" isə rəqib meydanında Danimarkanın "Orhus" komandasına məğlub olub - 1:2.
