“Sabah” beş ölkədə legioner olan oyunçu ilə 2 illik müqavilə bağladı

9 Avqust 08:20 Basketbol 390
“Sabah” beş ölkədə legioner olan oyunçu ilə 2 illik müqavilə bağladı

"Sabah" basketbol klubu Nik Perkinsi transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dan olan oyunçu ilə 2 illik müqavilə imzalanıb.

203 sm boya malik Perkins karyerası ərzində Yaponiya, İtaliya, Cənubi Koreya, Puerto Riko və Tayvan çempionatlarında forma geyinib.

Nik Perkins fiziki gücü, səbətaltı mübarizəsi və hücum potensialı ilə seçilir.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM