“Dinamo” “Qarabağ”ı mübarizədən kənarlaşdırsa belə, bunu çox böyük çətinliklə bacaracaq"

01:10 Qarabağ 80
“Dinamo” “Qarabağ”ı mübarizədən kənarlaşdırsa belə, bunu çox böyük çətinliklə bacaracaq"

“Karpatı”nın (Ukrayna) sabiq futbolçusu Mixail Kopolovets Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində qarşılaşan “Dinamo” (Kiyev) və “Qarabağ” barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, Ukrayna futbolunun tanınmış simalarından olan 42 yaşlı mütəxəssis “Dinamo”nun işinin çətin olacağını bildirib:

“Dinamo” “Qarabağ”ı mübarizədən kənarlaşdırsa belə, bunu çox böyük çətinliklə bacaracaq. Azərbaycan təmsilçisi çox təcrübəli və avrokuboklarda özünü dəfələrlə sübut etmiş komandadır.

Buna görə də kiyevliləri çətinlik gözləyir. “Dinamo”nun hazırkı oyununda hələ də problemlər var.

Komanda ideal formasından uzaqdır. Cütün qalibi növbəti mərhələdə də çətin rəqiblərlə üzləşəcək.

Bir sözlə, “Dinamo” “Qarabağ”ı keçsə belə, sonrakı mərhələdə də ciddi sınaqla qarşılaşacaq”.

“Lublin Arena”da keçirilən ilk oyun kiyevlilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər gələn həftə Bakıda üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!