"Neftçi"də vacib görüş, Mahirin maaşı ikiyə bölündü - VİDEO

27 İyul 10:40 Azərbaycan Futbolu 1 527
"Neftçi"də vacib görüş, Mahirin maaşı ikiyə bölündü - VİDEO

“Sportinfo TV”də yayımlanan “Sport Xəbər”in növbəti buraxlışı efirə gedib.

Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat izləyicilərin diqqətinə çatdırılıb.

Bildirilib ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub əsas heyətdə bəzi dəyişiklər edəcək.

O, klub rəsmiləri ilə görüşərək, komandanın mövcud vəziyyətinə dair müzakirələr aparılıb.

Görüş "Dinamo" ilə keçirilən Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununa həsr olunub.

Ukraynalı çalışdırıcı Belarus təmsilçisinə 2:4 hesablı məğlubiyyətin səbəblərindən danışıb, bir neçə futbolçunun fərdi səhvlərinə diqqət çəkib. 60 yaşlı çalışdırıcı həlledici qarşılaşmada onlara şans verməyəcəyini bildirib.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Kayzerslautern“dən “Rakov“a keçidinin ən mühüm detalı üzə çıxıb.

Hər iki klub onun məvacibini öz arasında bölüşdürüb. Polşa təmsilçisi 29 yaşlı forvardın maaşın yarısını ödəyəcək, qalanını isə II almanlar.

“Rakov” həmyerlimizi 1 illik icarəyə götürüb. Razılaşmaya əsasən, polyaklar yığmamızın üzvünü birdəfəlik transfer etmək hüququna malikdir.

Məlumat erilib ki, ötən mövsüm “Qəbələ”nin şərəfini qorumuş Prins Ovusu karyerasını Slovakiyada davam etdirəcək.

20 yaşlı hücumçu-vinger 2 il əvvəl avrokuboklarda “Zirə”nin rəqibi olmuş “Dunayska Streda” (DAC 1904) ilə müqavilə bağlayıb.

Bölgə təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olan Prinsin Slovakiyaya üz tutması “Qəbələ”yə kifayət qədər ciddi məbləğ qazandırıb - 250 min avro, təxminən 500 min manat.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq
21 Sentyabr 00:30 “Bu, məni çox üzür”