“Burada gördüklərimi onunla bölüşmüşəm, müəyyən məlumatlar vermişəm”

8 Avqust 11:20 Bizimkilər 404
“Burada gördüklərimi onunla bölüşmüşəm, müəyyən məlumatlar vermişəm”

"Ümid edirəm ki, Nərimanın "Ərzurumspor"a keçidi uğurlu alınar".

Sportinfo.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Bursaspor"un müdafiəçisi Toral Bayramov deyib.

O, Nəriman Axundzadənin Superliqa təmsilçisi “Ərzurumspor”a transferini dəyərləndirib:

“Nəriman Azərbaycanın gənc istedadlarından biridir. Amma indidən onun “Ərzurumspor”da nə qədər qol vuracağını demək düzgün olmaz.

Hər bir futbolçunun arzusu qol vurmaqdır. İnanıram ki, o da komandasına fayda vermək üçün əlindən gələni edəcək".

Toral Bayramov Nərimanın Türkiyə klubundan təklif aldıqdan sonra onunla məsləhətləşdiyini bildirib:

“Burada olduğum müddətdə gördüklərimi, əldə etdiyim təcrübəni onunla bölüşmüşəm, müəyyən məlumatlar vermişəm.

Ərzurum və Bursa arasında məsafə çox olsa da, mütləq onunla görüşəcəyik”.

Nəriman Axunzadə “Ərzurumspor”a ABŞ-nin “Kolambus Kryu” klubundan 1 illik icarə əsasında keçib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM