Nuriyev az oynadı, komandası liderə məğlub oldu - Macarıstanda

9 Avqust 01:20 Bizimkilər 262
Nuriyev az oynadı, komandası liderə məğlub oldu - Macarıstanda

Macarıstan çempionatında 3-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyevin çıxış etdiyi “Kişvarda” komandası öz meydanında "Uypeşt"i qəbul edib.

Matç qonaqların qələbəsi ilə başa çatıb.

Anatoli Nuriyev ehtiyat skamyada yer alıb və 77-ci dəqiqədə meydana daxil olub.

Bu nəticədən sonra "Uypeşt" 6 xalla ilk pillədə, "Kişvarda" isə 4 xalla 6-cı pillədə yer alıb.

"Kişvarda" - "Uypeşt" - 2:4

Qollar: Ç.Herts, 5, M.Matanoviç, 85 - Q.Vliyter, 5, Heytor, 32, E.Amenyido, 78, A.Matko, 90+2

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM