Bu adamın futbolumuzdakı "dayday"ı kimdir?
Azərbaycan futbolunda bəzi adları görəndə qeyri-ixtiyari beynimdən bir sual keçir - Görəsən, bu adamın daydayı kimdir?
Həmin futbolçuların başında Rüstəm Samiqullin gəlir.
Qapıçı Rusiya futbol məktəbinin məzunudur.
Heç bir əlahiddə bacarığı olmadığı halda 6 ildi Azərbaycan futbolunda pul qazanır.
17 yaşında "Səbail"ə gəlib, 6 ay sonra "Sabah"a transfer olunub.
4 mövsüm "bayquşlar"a məxsus olub.
2024-cü ilin avqust ayında ölkənin ən köklü klubu olan "Neftçi"yə 1 illik icarayə verilib.
Ötən mövsümü Birinci Liqa klubu "Cəbrayıl"da keçirib.
Yeni mövsümü isə "Karvan-Yevlax"da forma geyinəcək.
6 ildə 6 gün boşda qalmayıb.
Halbuki həm çıxış etdiyi klublarımızda, həm də gənclər millimizdəki kobud səhvlərinə görə, onu çoxdan futboldan silmək lazım idi.
Amma hansısa güc, qüvvə israrla Rüstəmin futbolçu karyerasını davam etdirməsi üçün yol açır.
XANOĞLAN/ SPORTİNFO.AZ
