"Səbail"in yeni mövsüm ev oyunlarını harada keçirəcəyi böyük ölçüdə dəqiqləşib.
"Dənizçilər" Qubaya köçəcək.
Artıq bu yöndə işlərə start verilib.
Quba olimpiya kompleksi ilə danışıqlar müsbət nəticələnib.
Məhz kompleksin idman qurğusunda ev oyunları keçiriləcək.
Ötən mövsüm adıçəkilən stadionun xidmətindən Premyer Liqa təmsilçisi "İmişli" istifadə edirdi.
"Səbail"ə bir neçə ay əvvəl yeni rəhbərlik gəlib.
Hədəflər böyüyüb, çempionluq üçün heyət yığılıb.
Klubun adının da "Quba" ilə əvəzlənməsi istiqamətində danışıqlar gedir.
SPORTİNFO.AZ

