"Sabah"ı Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənirik"

01:50 Kəpəz 134
"Sabah"ı Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənirik"

"Kəpəz" Gəncə stadionunda "Sabah"ı qəbul etmək üçün səbirsizlənir.

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında qərb təmsilçisinin kapitanı Əli Səmədov deyib.

Yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə ciddi hazırlaşdıqlarını bildirib:

"Gündə 2 dəfə olmaqla məşqlərimizi davam etdiririk. Bildiyiniz kimi, son yoxlama matçını "Karvan-Yevlax"a qarşı keçirdik.

Yorğun olmağımıza baxmayaraq, yaxşı görüş oldu. Yeni və doğma stadionda ilk matça çıxmaq bizi çox həyəcanlandırdı.

Azarkeşlərin dəstəyini həmin an hiss edə bildik. İnanırıq ki, yeni mövsümdə bütün oyunlarda stadion dolacaq və azarkeşlərlə əl-ələ verərək qələbələr qazanacağıq.

Artıq "Sabah"la matçın hazırlığına start vermişik. Komandamız rəqibini Gəncə stadionunda qəbul etmək üçün səbirsizlənir".

Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-də start veriləcək. "Kəpəz" I turda "Sabah"la üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!