“Komo”nun baş məşqçisi Sesk Fabreqas komandanın son iki ildəki inkişafından danışıb.
Sportinfo.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis klubun qısa müddətdə əldə etdiyi uğurun yalnız transferlərə xərclənən pullarla əlaqələndirilməsinin düzgün olmadığını bildirib:
“İki il əvvəl B Seriyasında idik, indi isə UEFA Çempionlar Liqasındayıq. İnsanlar xərclənən pullardan danışırlar. Bu, doğrudur, amma klubumuzun inkişafı görünməmiş sürətlə gedir.
Mən xərclənən pullara deyil, komandanın inkişafına baxıram. Bizim maaş büdcəmiz də çox böyük deyil.
A Seriyasının səkkiz və ya doqquz klubunun maaş fondu bizdən daha çoxdur”.
“Komo” ötən mövsüm İtaliya çempionatında 71 xal toplayaraq, turnir cədvəlini 4-cü pillədə tamamlayıb və bununla da Çempionlar Liqasına vəsiqə qazanıb.
