Hazırlaşın, “Sabah”ın rəqibi Bakıya “ordu” gətirir!

8 Avqust 20:00 Çempionlar Liqası 2 436
Hazırlaşın, “Sabah”ın rəqibi Bakıya “ordu” gətirir!

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Sabah”a rəqib olan “Orhus” Bakıda meydana çıxacaq.

Sportinfo.az son Danimarka çempionunun paytaxrımıza səfər planımı təqdim edir.

Belə ki, Orhus şəhərinin eyniadlı təmsilçisi Azərbaycana qarşılaşmadan iki gün əvvəl təşrif buyuracaq.

Nümayəndə heyətini gətirəcək çarter reysli təyyarə avqustun 9-da axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.

Danimarkalılar hava limanından birbaşa “Hyatt Regency” otelinə yola düşüb istirahət edəcək.

Ertəsi, yəni avqustun 10-da, saat 17:30-da “Orhus”un baş məşqçisi Yakob Poulsen “Bank Respublika Arena”nın konfrans zalında jurnalistlərin suallarını cavablandıracaq.

Bundan yarım saat sonra qonaq komanda sözügedən stadionda oyunöncəsi son məşqə çıxacaq.

Yeri gəlmişkən, oyunu izləmək üçün Danimarkadan ölkəmizə 300-dən artıq azarkeşin təşrif buyuracağı gözlənilir.

Komandalar arasında Danimarkada baş tutan ilk görüşdə meydan sahibləri 2:0 hesabı ilə qələbə qazanıb.

Avqustun 11-də reallaşacaq cavab dueli saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM